Zeynəb Məmmədzadənin axtarışları DAVAM EDİR - VİDEO

İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Zeynəblə birlikdə atası və bacı-qardaşı da dənizdə batmışdı. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində onun atası 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və bacısı 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. 2005-ci il təvəllüdlü qardaşı Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO
İsmayıllıda maşın ayını vurub öldürdü - VİDEO
Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO - VİDEO - YENİLƏNİB
Kvadrosikllə yol polisini vurub qaçan yeniyetmə saxlanıldı - VİDEO
İçərişəhərdə ödənişli keçid sistemi narazılığa səbəb oldu: Rəsmi qurum məsələyə aydınlıq gətirdi - VİDEO
DİN-dən Bakıda böyük əməliyyat - Həbs edilənlər var - VİDEO
Sərxoş skuter sürücüsü avtomobilə hücum edib şüşəni sındırdı - VİDEO
Həmin quyuya daha bir maşın düşdü - VİDEO
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı - FOTO - YENİLƏNİB
Yolun ortasında gəzən piyada sürücüləri təhlükə ilə üz-üzə qoydu - VİDEO
Üç rəqifə sərxoş halda barı yandırdı; 75 minlik ziyan dəydi - VİDEO










