Direktordan canlı yayımda şikayət edən müəllim işdən çıxarılıb - RƏSMİ - VİDEO

Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan, məktəb rəhbərliyinin ona qarşı qərəzli mövqe sərgilədiyini iddia edən müəllim Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-a Gəncə–Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarənin açıqlamasında Günay Məmmədovanın Göygöl rayonu Z. Abdullayev adına Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi olduğu qeyd edilib. Bildirilib ki, son günlər onun davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan videolar ictimai müzakirələrə səbəb olub.
“Müəllimin sosial şəbəkələrdəki paylaşımlarında nümayiş etdirdiyi davranış və işlətdiyi ifadələr pedaqoji etika, müəllim nüfuzu və peşə məsuliyyəti baxımından qəbuledilməzdir. Xüsusilə, Günay Məmmədovanın məktəbdə canlı yayımlar açması, bu zaman tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməz hesab olunur”, – açıqlamada bildirilib.
İdarədən vurğulanıb ki, şagirdlərin təhlükəsizliyinə, hüquqlarına və sağlam psixoloji mühitə xələl gətirən, tədrisin normal gedişinə mane olan davranışlar müəllimin peşə öhdəlikləri ilə uzlaşmır.
“Qeyd olunan hallar və əmək münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınaraq G. Məmmədovanın əmək müqaviləsinə xitam verilib”, – deyə idarədən bildirilib.
Qeyd edək ki, Günay Məmmədova daha əvvəl Gəncə şəhər 7 nömrəli məktəbdə dərs cədvəlinin xəbərdarlıq edilmədən dəyişdirildiyini iddia edib. O, məktəbdən canlı yayımlar açaraq rəhbərlikdən bununla bağlı akt tələb edib.
***
Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan müəllim Günay Məmmədova rəhbərlik tərəfindən ona qarşı qərəzli addımlar atıldığını iddia edir.
Avtosfer.az xəbər verir ki, müəllim oktyabrın 22-də dərs cədvəlinin ona əvvəlcədən məlumat verilmədən dəyişdirildiyini bildirib.
Günay Məmmədovanın sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək qəbul olunduğu məktəbdə dərs cədvəli əvvəlcə onun əsas iş yerindəki qrafikinə uyğun tərtib edilib. Lakin sonradan cədvəl gecə saatlarında birtərəfli qaydada dəyişdirilib.
Müəllim bu dəyişikliyin onun fəaliyyətinə mane olmaq məqsədi daşıdığını və ictimai fəallığı ilə əlaqəli olduğunu iddia edib.
O, həmçinin məktəbin fəaliyyətinə dair əvvəllər müxtəlif platformalarda yayımlanan və müsbət rəylər alan videosüjetlərin məktəbin rəsmi səhifəsindən silindiyini bildirib.
Günay Məmmədova səhər saatlarından sosial şəbəkədə canlı yayımlar edərək məsələni ictimailəşdirib və hüquqlarının təmin olunmasını tələb edib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












