Dörd beynəlxalq mütəşəkkil cinayət qrupunun 234 üzvü saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyinin bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi “Orkinos- Bulut” kod adlı əməliyyat çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın (OCQ) 234 fəal iştirakçısı saxlanılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı, aprelin 15-də Ankarada keçirilən brifinqdə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, narkotik alverçilərin hərəkətləri 8 ay ərzində izlənilib və əməliyyatda Türkiyə polisi ilə yanaşı, 5 ölkənin Daxili İşlər nazirliklərinin əməkdaşları da iştirak ediblər.
Türkiyəli nazir bildirib:
“Həmin 234 nəfərdən 9-u Türkiyə hüdudlarından kənarda saxlanılıb. Əməliyyat “Europol” ilə razılaşdırılıb. Bu, cinayətkarlıq ilə mübarizənin sərhədsiz olduğunu göstərir”.
Yerlikaya dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, Böyük Britaniya, Braziliya və Azərbaycanın hüquq-mühafizə orqanları ilə aktiv məlumat mübadiləsinə də diqqət çəkib.
Nazirin sözlərinə görə, əməliyyat zamanı 21,2 tondan çox narkotik maddə və 3,3 milyona yaxın həb götürülüb, 13 milyard lirə dəyərində bank aktivləri dondurulub.
Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri bildirib:
“Mütəşəkkil cinayətkar qrup Cənubi Amerika ölkələrindən Türkiyə və Avropa ölkələrinə kokainin daşınmasını təşkil etməyə cəhd göstərib. Heroin Əfqanıstan və İrandan, “skank” tipli çətənə Balkanlardan, ekstazı həbləri isə Avropa vasitəsilə daşınıb. Həmin cinayətkar təşkilatlar narkotik vasitələrin istehsalı üçün Asiyadan Avropaya kimyəvi komponentlər çatdırıblar”.
Saxlanılan şəxslərdən 10 nəfərinin İnterpol xətti ilə beynəlxalq axtarışda olduğuna diqqət çəkən Yerlikaya, “Orkinos-Bulut” əməliyyatının tamamlanmadığını vurğulayıb.
Türkiyəli nazir əmin edib:
“Türkiyə cinayətkar təşkilatlara qarşı mübarizəyə fəal töhfəsini davam etdirəcək”.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












