Ədliyyə naziri keçiddə piyadaya yol vermədiyinə görə cərimələndi

Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Jurek avtomobil idarə edərkən piyada keçidində qadına yol vermədiyinə görə cərimələnib.
Avtosfer.az RMF24 radiostansiyasının məlumatına istinadən xəbər verir ki, qayda pozuntusu Krakov şəhərində televiziya proqramının çəkilişi zamanı baş verib.
Verilişin şərtlərinə əsasən, nazir avtomobili idarə etməli və eyni vaxtda müxbirin suallarını cavablandırmalı olub. Piyadanı ilk olaraq jurnalist görsə də, nazir avtomobili saxlamayıb və "o hələ uzaqdadır" deyə bildirib. Cərimənin məbləği açıqlanmayıb.
Qeyd edək ki, Valdemar Jurek 2025-ci il iyulun 23-də Polşanın Baş naziri Donald Tuskun qərarı ilə ədliyyə naziri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Krakov Dairə Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Yeni nazirin ilk qərarlarından biri yerli məhkəmələrin 46 sədr və sədr müavininin vəzifədən azad edilməsi olub.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












