Fuad Nağıyevin şiddətli töhmət almasına səbəb olan sabiq məmura hökm oxundu

Dövlət Turizm Agentliyinin ötən ilin martında həbs olunan əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub.
Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Qeyd edək ki, Nicat Hüseynovun həbsindən bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi.
Bundan başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılmışdı.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












