"Gecə üçdə xəbər verdilər ki, sabahdan işə gəlməyin, obyekt bağlanır" - VİDEO

İşçilər "By Ruslan Pizza" adlı müəssisədən şikayətçidirlər. Onların sözlərinə görə, artıq iki aydır əməkhaqqılarını ala bilmirlər.
Şikayətçilərdən biri bildirib:
"Ümumilikdə 680 manat maaş alırdıq. Məbləğin yarısını karta köçürürdülər, yarısını isə nağd şəkildə verirdilər. Nağd hissə hazırda ödənilməyib. İşləmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pulumu versinlər".
Başqa bir işçi isə deyib: "İki aydır ki, maaşımızı vermirlər. Üstəlik, bizi maddə ilə işdən çıxarıblar. Buna görə də başqa yerdə işə düzələ bilmirik".
Digər şikayətçinin sözlərinə görə, gecə saat üçdə onlara mesaj göndərilərək bildirilib ki, sabahdan işə gəlməsinlər, çünki obyekt bağlanır:
"O vaxtdan bəri əlaqə saxlayırıq ki, bizi qeydiyyatdan çıxarsınlar, başqa yerdə iş tapa bilək. Bizə deyirlər ki, kompüterlər obyektdə qalıb, sənədləşmə apara bilmirik".
Restoran sahibi Mehdi Ruslan isə məsələyə münasibət bildirərək qeyd edib ki, işçilərə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə işdən çıxarılmaları barədə əvvəlcədən xəbərdarlıq edilib:
"Məkanlarım bağlananda işçilərdən soruşdum ki, yeni obyekt açıb fəaliyyətimi bərpa etsəm, mənimlə işləməyə davam edəcəksinizmi? Hamısı dedi ki, əmək müqaviləmizə xitam vermə, səni gözləyəcəyik. Mən də onların sözünə inanaraq müqavilələri ləğv etmədim və yeni obyekt açmaq üçün işlərə başladım. Bir müddət sonra isə bir qrup şəxsin mənim köhnə şəriklərimlə qalıb işlədiklərini öyrəndim".
Məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, "By Ruslan Pizza" müəssisəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılır: "Məsələnin dəqiqləşdirilməsi məqsədilə şikayətçi DOST mərkəzinə dəvət olunub, izahatı alınıb. Araşdırma çərçivəsində işəgötürəndən işçiyə aid müvafiq sənədlərin təqdim edilməsi tələb edilib. Müraciəti təsdiq edən əlavə sübutlar təqdim edildiyi halda araşdırma davam etdiriləcək".
Müəllimin güllələndiyi liseyin direktorundan AÇIQLAMA - "Silahı çantada gətirib"
Bakıda İNSİDENT: Şagird müəllimi GÜLLƏLƏDİ - DİN-dən AÇIQLAMA - VİDEO
Məhkəmə 15 yaşlı qızla bağlı qərar verdi - Atasını öldürməkdə təqsirləndirilir
Altı yaşlı uşağa işgəncə verən şəxs "general-mayor"un oğlu imiş - FOTO
Ağac evin üzərinə aşdı - İcra Hakimiyyəti susur-VİDEO
Binədə təhlükə saçan lövhə sürücüləri və piyadaları riskə atır - VİDEO
Ağcabədidə bıçaqlanan azyaşlının FOTOsu - YENİLƏNİB
DİN xüsusi əməliyyat keçirib: Tutulan Ruslan Məmmədov kimdir? - VİDEO
Lökbatanda güclü külək işıqforu qırıb yola aşırdı - VİDEO
Yol polisinə rüşvət verən şəxs hakim qarşısına çıxarıldı - 50 min cərimələndi
Bakıda ağac binanın üstünə aşdı - VİDEO










