Gəncədə qaz sızmasından partlayış oldu: Yaralılar var

Gəncə şəhərində partlayış baş verib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsi ərazisindəki kanalizasiya quyusunun təmiri zamanı qeydə alınıb.
İlkin məlumata görə, quyudan keçən qaz xəttində sızma olub. Fəhlələr kanalizasiya quyusunda dəmir boruda qaynaq apararkən qəfil partlayış baş verib. Partlayış nəticəsində qaynaqçı, 1968-cı il təvəllüdlü Əli Paşayev, fəhlələr - 1984-cü il təvəllüdlü Anar Zamanov və 1989-cu il təvəllüdlü Mahir Bağırov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə quyu qazıntısı zamanı baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, hadisə ilə əlaqədar fevralın 2-si saat 17:00-da 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir".
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












