Göygöldə 40 yaşlı kişinin meyiti tapılıb - Qətlə yetirildiyi məlum olub

Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub. Avtosfer.az xəbər verir ki, bunu APA-ya, meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva bildirib. O oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib. Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib. Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb.
***
Göygölün Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər. Meyitin 1986-cı il təvəllüdlü Sabiq Quliyevə məxsus olduğu müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Dərədən meyiti tapılan Sabiq Quliyevin qətlə yetirildiyi ehtimal olunur. Adıçəkilən şəxsin bədənində bıçaq yarası olub və bu onun öldürüldüyü versiyasını gücləndirib. Məlumat üçün bildirək ki, 40 yaşlı S. Məmmədov Molla Cəlilli kəndindəndir. O, kənddə ikinci əl tikinti materiallarının satışı və dəmir yığımı ilə məşğul olub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO





















