Həbsdə olan sabiq hakimin daha bir məhkəməsi başlayıb

Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov daha bir cinayət işi üzrə ittiham olunur. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmənin baxış iclası 27 fevrala təyin edilib.
Təqsirləndirilən Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. Bundan öncə rüşvət ittihamı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












