Hökumət rəsmiləri, deputatlar kütləvi HƏBS EDİLDİ - Bu ölkədə

İraqın paytaxtı Bağdadda, xüsusilə də yüksək mühafizə olunan "Yaşıl zona"da hökumət rəsmiləri, parlament üzvləri və biznesmenlərin saxlanıldığı genişmiqyaslı antikorrupsiya əməliyyatı keçirilib. Bazar günü səhər saatlarında başlayan bu əməliyyat İraqın Baş naziri Əli əl-Zaidinin birbaşa göstərişi ilə icra olunub.
Avtosfer.az xəbər verir ki, əməliyyatda İraqın elit Antiterror Xidməti, ordu və xüsusi xidmət orqanları iştirak edib. Bağdadın "Yaşıl zona"sı tam nəzarətə götürülüb, əraziyə ağır hərbi texnika yeridilib və giriş-çıxış məhdudlaşdırılıb.
Həbslərin əsasən korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə silahlı qruplaşmaların maliyyələşdirilməsi və neft qaçaqmalçılığı ilə bağlı olduğu bildirilir. Məlumatlara görə, saxlanılan şəxslərin bir qismi əvvəllər korrupsiya ittihamı ilə həbs edilmiş Neft və Emal nazirinin müavini Adnan əl-Cümaylinin istintaq zamanı verdiyi ifadələr əsasında müəyyən edilib.
Baş nazir Əli əl-Zaidinin may ayında vəzifəyə gəldikdən sonra korrupsiya ilə mübarizəni prioritet kimi elan etdiyi və dövlət idarəçiliyində nəzarəti bərpa etməyə çalışdığı vurğulanır. İraq hökuməti hələlik əməliyyatla bağlı rəsmi bəyanat yaymayıb./nocomment.az
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












