İki qardaşı restoranda bıçaqlamışdı: Prokuror cəza istədi

Bakının Sabunçu rayonu ərazisindəki restoranlardan birində tanıdığı iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işinin məhkəməsi yekunlaşıb.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 8 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Vaxt məhdudiyyətindən çıxışlar üçün növbəti proses avqustun 19-na təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən restoranda baş verib. Namiq Şirinli Babək və Asəf Qazıyev adlı qardaşların əyləşdiyi masaya yaxınlaşaraq pul tələb edib.
Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N.Şirinli daha sonra cibindən çıxardığı bıçaqla qardaşların hər ikisinə zərbə endirib
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












