İranda zirehli texnikanı insanların üzərinə sürdülər, ölənlər var

İranın Ərdəbil şəhərində baş verən zorakılığın yeni təfərrüatları üzə çıxıb.
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda İran xüsusi təyinatlılarının Yəhya meydanı ərazisində nümayişçiləri zirehli texnika ilə dağıtdığı, insanların tırtıllar altında qaldığı açıq görünür. Bu görüntülər ölkə daxilində geniş rezonans doğurub.
Hakimiyyət hadisəni ört-basdır etməyə çalışaraq zirehli maşının guya idarəetməni itirdiyini və insanların üzərinə getdiyini iddia edib. Lakin videolar güc strukturlarının etirazçılara qarşı məqsədli şəkildə hərəkət etdiyini göstərir.
İranlı politoloq Yunis Şameli bildirir ki, etirazçılara qarşı zirehli texnikadan sonuncu dəfə 2009-cu ildə istifadə olunub. Onun sözlərinə görə, hazırda on minlərlə insan həlak olub, yüz minlərlə şəxs yaralanıb və baş verənlər hakimiyyətin sistemli zorakılıq siyasətindən xəbər verir.
Şameli vurğulayır ki, təhlükəsizlik qüvvələri artıq öz xalqına daxili düşmən kimi yanaşır və artan sosial-iqtisadi böhran fonunda rejim hakimiyyəti qorumaq naminə zorakılığı daha da artırmağa hazırdır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












