İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu

İsmayıllıda 15 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olunub.
Avtosfer.az-ın məlumatına görə, İsmayıllı şəhər sakini olan 24 yaşlı Babək Muradov (soyad şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşı olmayan şəxslə cinsi əlaqədə olmaqda ittiham olunub.
İttiham aktına görə, Babək zərərçəkənin 15 yaşı olduğunu və orta məktəbin 11-ci sinfində təhsil aldığını bildiyi halda onunla müxtəlif vaxtlarda ümumilikdə 5 dəfə cinsi əlaqədə olub. Bu hadisələrin 2-si İvanovka kəndindəki kirayə evdə, 3-ü isə Talıstan kəndindəki meşədə avtomobildə baş verib. Təqsirləndirilən Babək Muradov və zərərçəkən könüllü şəkildə cinsi əlaqədə olduqlarını bildiriblər.
Sonuncu dəfə meşədə avtomobildə cinsi əlaqədə olarkən cütlük polis əməkdaşları tərəfindən saxlanılıb. B.Muradov barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
İsmayıllı rayon Məhkəməsinin qərarı ilə o, 1 il 5 ay 28 gün müddətinə həbs edilib (Lent.az).
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












