İstintaq Komitəsi metroda korrupsiya faktı üzrə cinayət işi qaldırıb

Ermənistan İstintaq Komitəsi "Açapnyak" metro stansiyasının layihələndirilməsi ilə bağlı iş üzrə icraata başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Qurumdan bildirilib ki, iş səhlənkarlıq faktı üzrə başlanıb. Komitədə digər təfərrüatlar açıqlanmayıb.
Daha əvvəl verilən məlumata görə, İrəvan meriyasında stansiyanın layihələndirilməsi üzrə sənədlərin natamam olduğu müəyyən edilib, ilkin layihəyə yenidən baxılıb, işlərin həcmi azaldılıb, buna baxmayaraq, layihəni hazırlayan şirkətə köhnə müqaviləyə əsasən 1,8 milyard dram (4,78 milyon dollar) ödənilib. Yeni "Açapnyak" metro stansiyasının inşası üçün nəzərdə tutulmuş vəsaitin bir hissəsi 45 trolleybusun alınmasına yönəldilib. Bundan başqa, hökumət kommunal xidmətlərə görə ödənişin qismən kompensasiya edilməsi üçün sərhəd rayonlarının sakinlərinə layihə büdcəsindən təxminən 300 min dollar vəsaitin ayrılmasına qərar verib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












