Kaliforniyalı sürücülər ərzaq yığmaq üçün maşınlarını tərk etdilər - VİDEO

ABŞ-nin Kaliforniya ştatında sıx hərəkətin olduğu magistral yollardan birində nəqliyyatın hərəkəti gözlənilməz və gülməli hadisə səbəbindən iflic olub. Yüzlərlə pendir topları paketi pikapdan yola səpələnərək magistralı "pendir tarlası"na çevirib.
Bu barədə Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir.
Kaliforniya Yol Patrul Xidmətinin məlumatına görə, hadisə axşam saatlarında, pik vaxtda Linvud şəhəri ərazisində baş verib.
Yolun hərəkət hissəsinə içərisində "Utz" brendinin pendir topları olan təxminən 120 konteyner aşıb. Minlərlə kiçik pendir topu və plastik qabların qırıntıları qərb istiqamətində hərəkət zolaqlarına səpələnərək sürücülər üçün ciddi narahatlıq yaradıb.
Polis nümayəndələrinin sözlərinə görə, magistralda yaranan böyük tıxacın səbəbi təkcə yola səpələnən məhsullar olmayıb. Yoldan keçən onlarla sürücü avtomobillərini hərəkət zolağında saxlayaraq, tökülən pendir paketlərini toplamaq üçün yola çıxıb.
Pulsuz ərzaq götürməyə çalışan sürücülər onsuz da sıx olan nəqliyyatın hərəkətini daha da ləngidiblər və magistralda uzunmüddətli tıxac yaranıb.
Yol polisi və xüsusi xidmətlərin müdaxiləsindən sonra hərəkət zolaqları təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub.
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO












