"Kameralara baxanda dəhşətə gəldik" - Bakıda uşağını küçəyə atan ana axtarılır - VİDEO

Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qızını küçənin ortasında tərk edən qadın uşağa təkbaşına sığınacağa getməsini tapşıraraq ərazidən uzaqlaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. Sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən tərk edilən azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib.
Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb. Sığınacaq rəsmiləri baş verən hadisənin böyük stres və həyəcan yaratdığını bildiriblər:
"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapmaya bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".
Hazırda faktla bağlı araşdırma aparılır və uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində işlər görülür.
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı












