Keçmiş arvadını bıçaqlayan şəxs 14 il azdlıqdan məhrum edilib - FOTO

Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Tural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Tural Qanbayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabr ayında Şirvan şəhərində baş verib. Təqsirləndirilən Tural Qanbayev keçmiş həyat yoldaşı Lamiyə Qanbayevaya ailə-məişət münaqişəsi zəminində baş verən mübahisə nəticəsində 11 bıçaq zərbəsi vurub, sonra sirkə turşusu içərək intihara cəhd edib.
Qeyd edək ki, Lamiyə Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Lamiyə Qanbayeva
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












