“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...

Sabunçu rayonunda lombard fəaliyyəti ilə məşğul olan qadın həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda mənimsəmədə və dələduzluqda təqsirli bilinib.
Türkanə Bakıxanov qəsəbəsində lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə 17 nəfərin etibarından sui-istifadə etməkdə ittiham olunub. Polis əməkdaşları tərəfindən tutulub istintaqa təhvil verilən Türkanə barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş materiallarında yazılıb ki, T.Ağayeva müştərilərdən lombard krediti adı altında girov götürdüyü qızıl-zinət əşyalarını kreditlər tam ödənildikdən sonra geri qaytarmayıb. Bundan əlavə o, lombard və bank hərraclarından qızılları ucuz qiymətə alıb baha satmaqla gəlir əldə edəcəyini vəd edərək müxtəlif şəxslərin nağd və bank kartları vasitəsilə pul və qızıl əşyalarını ələ keçirib.
Ümumilikdə “Lombard Türkanə” kimi tanınan şəxsin zərərçəkmişlərə vurduğu ziyanın məbləği 400 min manata yaxındır.
Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst mühakimə edilən xanım müttəhim ittihamlarla razılaşmasa da toplanmış sübutlar əsasında təqsiri bilinib. Hökmə əsasən, Türkanə 5 il 8 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












