Yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın... - VİDEO

Abşeron rayonunun Məmmədli dairəsi ərazisində yerləşən obyektlərdə güclü yanğın başlayıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə şahidinin sözlərinə görə, yanan tikilidə müxtəlif təyinatlı, o cümlədən yem satışı və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın genişlənməsinə imkan verilmədən FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
***
FHN-in Mətbuat xidmətinin məlumatına görə, Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə və dam örtüyünün taxta atmaları 260kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










