Meyiti tapılan kişinin qardaşından şok iddia: "Heç dəli də oraya getməzdi" - VİDEO

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.
Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunublar. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, rayon sakini İ.Şirəliyev fevral ayının 11-dən etibarən itkin düşmüşdü.
Mərhumun qardaşı Babək Şirəliyevin sözlərinə görə, o, itkin düşdüyü gün Bakıya - qızının evinə getmək adı ilə evdən çıxıb:
"Heç bir düşməni yox idi, özü də normal insan idi. Fevralın 11-i axşam saatlarında qızının yanına, Bakıya getmək üçün yola çıxmışdı. Hadisənin necə baş verdiyi bizə qaranlıq qalır. Çünki meyitin tapıldığı yer magistral yoldan təxminən 50 metr kənarda, qamışlığın içindəki arxdır. Ağıllı adam, hətta dəli belə ora getməz. Orada nə işi vardı, ora necə gedib çıxıb bilmirik.
Ehtimal edirik ki, onu yolda maşın vurub, sonra da izi itirmək üçün meyiti aparıb o qamışlığa atıblar. Yaxud kiminləsə mübahisəsi düşüb, hadisəni törədənlər onu həmin əraziyə aparıblar. Biz "102" xidmətinə məlumat vermişdik, sonra prokurorluqdan zəng edib tapıldığını dedilər".
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












