Mülkə görə əmisini xüsusi amansızlıqla öldürdü - Lənkərandakı cinayətin təfərrüatı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində doğma əmisini öldürməkdə təqsirləndirilən Elşən Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə Elşən Hüseynzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə Lənkəran rayonunun Vivlan kəndində baş verib. Kənd sakinləri Vəliağa Səbziyev və qardaşı Hüseynqulu ata evində məskunlaşıblar. Ataları vəfat etdikdən sonra Vəliağa kənd ərazisində özü üçün ayrıca ev tikdirsə də, ata evini də miras kimi öz adına rəsmiləşdirib. Buna baxmayaraq, ata yurdunda Hüseynqulu və onun ailəsi yaşamaqda davam edib.
Bir müddət sonra qardaşlar arasında mübahisə yaranıb və Vəliağa Hüseynqulunun ailəsinin həmin evdən çıxmasını tələb edib. Getməyə başqa evləri olmadığı üçün Hüseynqulunun ailəsi ata evini tərk etməyib. Bu səbəbdən iki qardaş arasında mübahisələr daha da kəskinləşib.
Ötən il mayın 29-da Hüseynqulu Hüseynzadənin oğlu Elşən əmisi Vəliağanı qətlə yetirməyə qərar verib. O, bu məqsədlə evdən mətbəx bıçağı götürərək axşam saatlarında kəndin örüş sahəsinə gedib. Elşən bilirmiş ki, əmisi həmin əraziyə mal-qarasının arxasınca gələcək və orada onu gözləməyə başlayıb.
Vəliağa heyvanlarını aparmağa gəldikdə Elşən onun qarşısını kəsərək mülkdən əl çəkməsini tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən əmisi Vəliağaya 15 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Hadisəni törətdikdən dərhal sonra Elşən Hüseynzadə rayon ərazisini tərk edərək Bakıya gəlib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Hava Limanında saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və Elşən Hüseynzadə istintaqa təhvil verilib.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










