Müştəri ilə dalaşan filial müdiri saxlanıldı

“Sizin Lombard”ın Sumqayıt şəhər filialının müdiri xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1989-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Aslan Paşa barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Kahin Bəkirov adlı şəxs “Sizin Lombard”a daxil olaraq şirkətin fəaliyyətindən narazı qaldığını bildirib və lombardın Sumqayıt şəhər filialının müdirinə etiraz edib. Filial müdiri isə ona faizi ödəsin deyə zəng edildiyini bildirib.
Bundan sonra tərəflər aralarında mübahisə yaranıb. “Sizin Lombard”ın Sumqayıt şəhər filialının kənarında mübahisə davaya çevirilib. Bu zaman Aslan Kahin Bəkirova qarşılıq verməyə başlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Filialın müdiri saxlanılsa da, hadisənin digər iştirakçısı Kahin Bəkirov taksiyə minərək hadisə yerini tərk edib.
Məhkəmədə məlum olub ki, obyektlərin girişində mühafizə polisi tərəfindən ictimai qaydanın pozulması hallarına qarşı düymə qoyulub və filial müdiri həmin düymədən istifadə etməyib.
Aslan Paşa ifadəsində deyib ki, Kahin Bəkirovu nalayiq ifadə işlətdiyi və özünü qorumaq üçün itələyib. Hadisədən sonra saxlanıldığı polis bölməsində 5-6 saat qalıb. Məhkəmədən himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Aslan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












