Ölən leytenantın ailəsinə 50 min manat veriləcək

“Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminat alacaq.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edib.
Lakin Təmkinin atası Nizami Quliyev qərardan apellyasiya şikayəti verib. O, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509,654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub.
Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb.
Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.
Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.
2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib.
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












