On bir lüks avtomobil müsadirə edildi - 65 milyon dəyərində

İstanbulda avtomobil qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı ümumi bazar dəyəri təxminən 65 milyon türk lirəsi olan 11 lüks avtomobil müsadirə edilib və 14 şübhəli saxlanılıb.
Avtosfer.az İstanbul Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin məlumatına istinadən xəbər verir ki, xaricdən “turizm məqsədli” adı ilə ölkəyə gətirilən avtomobillərin qanuni qalma müddəti qəsdən uzadılıb və ixrac prosedurları tamamlanmadan Türkiyədə istifadə edildiyi müəyyən edilib.
Araşdırma zamanı bəzi nəqliyyat vasitələrinin qeydiyyatsız şəkildə üçüncü şəxslərə verildiyi, bəzilərinin isə xaricdə kreditlə alındığı və ödəniş edilmədiyi üçün İnterpol tərəfindən axtarıldığı üzə çıxıb.
Müsadirə edilən avtomobillərdən birinin sosial şəbəkələrdə avtomobil ekspertizası paylaşımları ilə tanınan Ferdi Gökçəyə məxsus olduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. Automobillər İstanbul Polis İdarəsinin Vətən qərargahında nümayiş etdirilib (Yenicag.az).
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












