“Pitomnik bağı”ndakı park ləğv edilir? - FOTOLAR - VİDEO

Son vaxtlarda Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən və sakinlərin “Pitomnik bağı” adı ilə tanıdığı ərazidə abadlıqla bağlı mütəmadi iməcliklər keçirilir.
Şəhərin sıx yaşayış massivlərindən birində yerləşən bu yaşıl ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a məlumat verilib ki, sözügedən ərazi daim nəzarətdə saxlanılır. İməcliklər zamanı ərazidə təmizlik işləri aparılır, qurumuş budaqlar toplanır, yaşıllıqlara zərər verə biləcək tullantılar ərazidən uzaqlaşdırılır.
Birlikdən bildirilib ki, ərazidə ağaclara aqrotexniki qulluq da göstərilir. Bu zaman torpağın yumşaldılması, suvarma sisteminin nəzarətdə saxlanılması, zərərvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və mövsümə uyğun budama işləri həyata keçirilir.
Aqrotexniki qulluq tədbirləri yaşıllıqların uzunömürlü olmasına və ümumi landşaftın qorunmasına xidmət edir.
***13 fevral, 15:11
Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən, “Pitomnik bağı” kimi tanınan ərazidə park ləğv edilir.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, hər gün əraziyə gələn yük avtomobilləri vasitəsilə oradakı göl tullantılar və torpaqla doldurulur. Parkın ləğv edilməsində və gölün doldurulmasında məqsəd kimi isə ərazidə binaların tikilməsi göstərilib.
İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib: “Əlavə məlumat üçün bildiririk ki, sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir. Eyni zamanda sabah Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həmin ərazidə iməcilik keçiriləcək”.
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi













