Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə müəssisənin müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO












