Tikinti üçün yeddi nazirlikdən icazə alınmalıdır? - Nazirdən AÇIQLAMA

"Əslinə qalsa, bu məsələ artıq həllini tapıb. 1 yanvar 2025-ci ildən cənab Prezidentin fərmanı ilə kənd təsərrüfatı torpaqlarının 5 hektardan yuxarı olan sahədə olma şərti ilə 1 faizində kənd təsərrüfatı təyinatlı tikintilər aparılmasına icazə verilir".
Avtosfer.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Siyavuş Novruzovun etirazına cavab olaraq deyib.
"Proses və prosedur olduqca sadələşdirilib, bir pəncərə sisteminə keçilib. Sadəcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək fermer-sahibkar öz kənd təsərrüfatı təyinatlı torpağında kənd təsərrüfatı təyinatlı tikinti apara bilər", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Siyavuş Novruzov fermerlərin öz ərazisində nə anbar, nə ofis, nə digər başqa bir şey tikmək üçün imkanının olmadığını, torpağın kateqoriyasının dəyişilməsi üçün yeddi nazirlikdən icazə almalı olduğunu deyib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












