Qadının ölməsinə səbəb olan BMW-nin sürücüsünə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Mahir Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 16 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, Mahir Nəbiyevin idarǝ etdiyi BMW markalı minik avtomobili ilə R.Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı betonqarışdıran yük maşını toqquşub. Nəticədə yük avtomobili aşaraq yol kənarındakı avtobus dayanacağına çırpılıb. Zərbənin təsirindən dayanacaq piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədovanın üzərinə aşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisədən sonra Mahir Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












