Qum fırtınası zəncirvari yol qəzasına səbəb oldu - 4 ölü, 29 yaralı

ABŞ-nin Kolorado ştatında güclü qum fırtınası nəticəsində baş verən zəncirvari yol qəzasında azı 4 nəfər həyatını itirib, 29 nəfər yaralanıb. Avtosfer.az “Baku.ws” istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:00 radələrində Pueblo şəhəri yaxınlığında yerləşən I-25 magistralında qeydə alınıb. Kolorado polisi bildirib ki, bölgədə təsirli olan qum fırtınası səbəbindən görmə məsafəsi demək olar ki, sıfıra enib.
Nəticədə yük maşınları, pikaplar, yolsuzluq avtomobilləri və minik maşınları daxil olmaqla 30-dan çox nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Qəza zamanı bəzi avtomobillər yoldan çıxıb. Əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Kolorado Polisi sözçüsü Brayan Lyons açıqlamasında bildirib ki, ölənlərin şəxsiyyəti Pueblo Məhkəmə-Tibb Ekspertiza Mərkəzində müəyyənləşdirilir. Yaralılar isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
O əlavə edib ki, qəza zamanı bir yük avtomobilində daşınan 32 keçidən 4-ü də tələf olub. Polis rəsmisi vurğulayıb ki, hadisə zamanı görmə məsafəsi demək olar ki, mövcud olmayıb.
Faktla bağlı geniş araşdırma aparılır.
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












