“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq

“Apple”-ın sentyabr ayında təqdim etməyə hazırlaşdığı “iPhone 18 Pro”seriyası və ilk qatlanan “iPhone”modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumatlara görə, yeni modellərin rəng seçimləri artıq bəlli olub.
Avtosfer.az xəbər verir ki, iddialara əsasən, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində əvvəlki nəsildəki Kosmik Narıncı rəngini “Tünd Albalı” adlı yeni rəng əvəz edəcək. Qırmızı və bənövşəyi tonların qarışığından ibarət olacaq bu rəng seriyanın əsas yeniliklərindən biri kimi göstərilir.
Bundan əlavə, smartfonların Gümüşü, Tünd Boz və Açıq Mavi rənglərdə də satışa çıxarılacağı bildirilir.
Yeni modellərdə arxa şüşə panel ilə alüminium çərçivə arasındakı rəng fərqinin azaldılacağı və bunun sayəsində daha bütöv, vahid dizayn yaradılacağı gözlənilir.
“Apple”-ın 2 min dollardan baha qiymətə satışa çıxarması gözlənilən ilk qatlanan “iPhone” modelinin isə Ağ, Gümüşü və Tünd Mavi rənglərdə təqdim ediləcəyi iddia olunur.
Premium seqmentə aid edilən bu modeldə “Apple”-ın daha klassik rəng seçimlərinə üstünlük verəcəyi bildirilir.
Şirkətin “iPhone 18 Pro” seriyası və qatlanan “iPhone” modelini sentyabrın 9-u həftəsində təqdim edəcəyi, satışların isə sentyabrın 18-də başlayacağı gözlənilir.
Standart “iPhone 18”, “iPhone 18e” və “iPhone Air 2” modellərinin təqdimatının isə 2027-ci ilin yazına təxirə salınacağı iddia edilir.
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI










