Bakıda qadın 28 illik ərini məhkəməyə verdi — "Xasiyyətimiz uyğun deyildi"

Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsində baş verib.
Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Elsevər arvadı Zibeydə ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı arvadının baş və sifət nahiyələrindən vurub.
Elsevərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zibeydə onun arvadıdır və 28 ildir ki, ailəlidirlər:
“Birgə nikahdan 3 övladımız var.
Xasiyyətlərimiz uyğun gəlmədiyi üçün ailə daxilində mütəmadi olaraq münaqişələrimiz olur. Sonuncu dəfə, məlum hadisə günü, saat təxminən 15 radələrində yenidən yaranmış münaqişə zamanı arvadımın mənə cavab qaytardığı üçün əsəbləşdim. Onun sifət və kürək nahiyələrindən bir neçə dəfə şillə və yumruq zərbələri endirdim”.
Zərərçəkmiş isə ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. O, ərini bağışladığını bildirib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində cinayət işi üzrə icraata xitam verilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












