Çoban fermerin 2000 baş heyvanını gizlicə satıb - 700 MİN MANATLIQ TALAMA

Hadisə 18 İyun 2026 15:48
Çoban fermerin 2000 baş heyvanını gizlicə satıb - 700 MİN MANATLIQ TALAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.

Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.

Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.

Oxunub : 156
ŞƏRH YAZ
Ad

E-mail

Şərh