Rauf Əliyev və Natiq Əhmədov saxlanıldı - AZƏRBAYCANA GƏTİRİLDİLƏR

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs ölkəmizə ekstradisiya edilib. Avtosfer.az xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqam oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.
Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlunun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiya Federasiyasının, Natiq Əhmədov isə Qazaxıstan Respublikasının ərazisində saxlanılıb.
Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi










