Sabirabadda dörd nəfər zəhərləndi, bir uşaq öldü - Araşdırma başladı

Sabirabadda baş verən hadisə nəzarətdə saxlanılır. Hadisənin səbəblərinin, eləcə də qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Bu barədə Avtosfer.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ötən gecə baş verib. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin dörd üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət ediblər. Mədələri yuyulduqdan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun vəziyyəti sonradan pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, bu gün saat 15 radələrində yenidən tibb müəssisəsinə gətirilən azyaşlının həkiməqədər ölümü qeydə alınıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












