Saxta araq satan azərbaycanlı dəstəyə höküm oxundu - Həbs və 250 min cərimə

Rusiyanın Pervouralsk Şəhər Məhkəməsi saxta spirtli içkilərin satışı ilə bağlı ittiham olunan azərbaycanlı sahibkarlar — Elmadin Ağayev, Elvin Şükürov və Mirxas Verdiyev barəsində hökm çıxarıb. Avtosfer.az xəbər verir ki, məhkəmə Verdiyevə 150 min rubl cərimə ilə 1 il 6 ay azadlıqdan məhrumetmə, Ağayevə 100 min rubl cərimə ilə 1 il 3 ay həbs cəzası təyin edib. Şükürov isə bir il müddətinə azadlıqdan məhrum ediləcək. Müsadirə olunmuş məhsulların məhv edilməsi barədə tapşırıq verilib.
Qeyd edək ki, Şükürov və onunla birlikdə olan şəxslər ötən ilin yayında saxlanılıblar. Onlara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndləri (xüsusilə iri miqyasda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən markalanmamış spirtli içkilərin istehsalı, saxlanması, satış məqsədilə daşınması və ya satışı) üzrə ittiham irəli sürülüb. Məhkəmə müəyyən edib ki, bu üç nəfər 2024-cü ilin noyabrından 2025-ci ilin iyulunadək fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri olublar. Lisenziyaları olmadığı halda onlar Novоalekseyevka kəndində, “İzümrud” sənaye bazasının ərazisində spirtli içkilərin satışı ilə məşğul olublar. Onların əməlləri nəticəsində dövlətə dəymiş zərər 7 milyon rubl məbləğində qiymətləndirilir. Təqsirləndirilən şəxslər günahlarını etiraf edərək peşman olduqlarını bildiriblər. (lent.az)
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












