Saxta pasportla Azərbaycana gəlmək istədi, aeroportda tutuldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana səfər edən xarici ölkə vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, saxlanan 23 yaşlı Əfqanistan vətəndaşıdır və o, Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək Azərbaycan ərazisinə daxil olmağa çalışıb.
İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələrkən özünə məxsus olan həqiqi sənədlərdən istifadə etsə də, Bakıda sərhəd nəzarətindən keçərkən saxta pasport təqdim edib.
Şəxsiyyət vəsiqəsinin saxta olduğunu dərhal müəyyən edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, vətəni Əfqanistanda işsizlik səbəbindən Avropa ölkələrinə üz tutmaq, orada çalışıb yaşamaq niyyətində olub. Ancaq Əfqanistan vətəndaşlarına Avropaya getmək üçün viza verilmədiyindən o, alternativ yollar axtarıb.
Bu məqsədlə "Safi" adlı tanışı müəyyən məbləğ qarşılığında ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. O, öz ölkəsinin pasportu ilə Dubaya qədər gəlsə də, Bakı hava limanında yoxlanış zamanı "Safi"nin təmin etdiyi saxta sənədi təqdim edib.
Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu dilə gətirib. Əfqanıstan vətəndaşı əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər var və bu səbəbdən Avropada pul qazanaraq onlara kömək etmək istəyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin şəxs yeddia ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












