Şəmkirdə evdə partlayış olub - VİDEO

Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü
Şəhərin mərkəzində təhlükəli anlar: Gənc qız avtomobilin qarşısına qaçdı - VİDEO
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB










