Sərhədçilər hava şarlarını dronla səhv salaraq vurdular: Hava məkanı bağlandı

ABŞ Gömrük-Sərhəd Xidməti bir qrup hava şarını narkotik satıcılarına məxsus PUA-larla (pilotsuz uçuş aparatları) səhv salaraq, onları yüksəkməxfilikli lazer silahı ilə vurub. Bu da Texas ştatının El-Paso şəhəri və Nyu-Meksiko ştatının cənub bölgələrinin böyük bir hissəsində hava məkanının bağlanmasına səbəb olub. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib. Məlum olub ki, hərbçilərin istifadə etdiyi eksperimental lazer sistemi kommersiya aviasiyası üçün ciddi təhlükə yarada bilər. Bu insident bir neçə saat ərzində El-Pasoda xaos yaradıb və Vaşinqtonda, xüsusilə də hadisənin təfərrüatını və günahkarları araşdıran Pentaqonda kəskin narazılığa səbəb olub.
Vəziyyətlə tanış olan qanunvericilər və ekspertlərin sözlərinə görə, münaqişəyə səbəb Pentaqon, Federal Mülki Aviasiya İdarəsi (FAA) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) arasında yaranan anlaşılmazlıq olub. Qurumlar iri hava limanları və hərbi bazalar üzərində dron təhdidlərinin neytrallaşdırılması və bu məqsədlə lazer silahından istifadəyə görə kimin məsuliyyət daşıdığı ilə bağlı fikir ayrılığı yaşayıblar.
Ötən ay Pentaqon rəhbəri Pit Heqset "AeroVironment" şirkətinin ciddi məxfiləşdirilmiş "Locust" lazer sisteminin El-Pasodakı Fort-Bliss hərbi bazasında istifadəsi üçün Xarici Kəşfiyyat Xidmətinə verilməsini təsdiqləyib. Gömrük-Sərhəd Xidməti öz növbəsində FAA-nı məlumatlandırıb ki, lazer silahını Fort-Bliss ərazisində istifadə etmək istəyir. Lakin Federal Mülki Aviasiya İdarəsi kommersiya uçuşları üçün risk yaradacağını əsas gətirərək, buna qarşı çıxıb. Xarici Kəşfiyyat Xidməti xəbərdarlığa məhəl qoymayıb və silahı işə salıb, operatorların həmin məqamda Meksika narkokartelinə məxsus dron zənn etdikləri bir neçə obyekti vurub.
Bu zaman Federal Mülki Aviasiya İdarəsi "güclü cavab zərbəsi" endirib və El-Paso üzərindəki hava məkanının növbəti 10 gün ərzində bağlı olacağı barədə bildiriş yayıb, həmçinin Ağ Ev, Pentaqon və Daxili Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndələrinə bununla bağlı əvvəlcədən hər hansı şəkildə xəbərdar etməyib.
İranda həlak olan baş konsulumuz kim idi? - DOSYE
Ər 21 yaşlı həyat yoldaşını öldürdü - Kürdəmirdə
Bakıda “Hyundai” yanıb - VİDEO
Prospektdə riskli anlar: Yeniyetmə skuterlə axına qarşı hərəkət etdi - VİDEO
Yolun ortasında təhlükə yaradan piyada hələ əli ilə… - VİDEO
Sumqayıtda avtobus qəfil tüstüləndi – Ətrafı duman bürüdü - VİDEO
“Nissan” sürücüsündən nümunəvi davranış - Son anda faciənin qarşısını aldı - VİDEO
Prospektdə təhlükə yaradan piyada maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO
Suda üzə bildiyi deyilmişdi, göldə batdı - FOTOLAR
Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO










