Sərxoş kişi ünvanı səhv saldı, qadının evinə girdi

Ağcabədi rayonunda qonşu qadının evinə girən sərxoş kişi həbs edilib.
Avtosfer.az Teleqraf.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Murad (adlar şərti verilib - red.) sərxoş vəziyyətdə öz evinin ünvanını səhv salıb və qonşusunun evinə girib. Ev sahibi - Nərminə adlı qadınla aralarında mübahisə yaranıb. Qadın çağırılmamış qonağı evdən qovan zaman əlbəyaxa olublar. Murad ev sahibinə xəsarət yetirib.
Murad izahatında göstərib ki, zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Evə gələn zaman sərxoş olduğu üçün ünvanı səhv salıb, həmin vaxt Nərminə onu təhqir etdiyi üçün aralarında mübahisə yaranıb: "Mübahisə zamanı Nərminə məni vurmaq istədi. Mən isə onun əlindən çıxaraq qaçdım. Törətdiyim əməldən peşmanam".
İş üzrə izahat verən Nərminənin ifadəsinə görə, Murad onun yaşadığı evə gəlib: "Sərxoş olduğu üçün mənə əl-qol atdı. Çölə çıxmaq istədim, məni tutaraq pilləkəndən yerə yıxdı. Şalvarımı və koftamı çıxarmaq istədi. Mən isə onu itələyərək çölə çıxdım və səs-küy saldım. Bundan sonra Murad qaçaraq getdi".
Hüquq-mühafizə orqanları tərəfindən Muradın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol yazılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











