Sığorta şirkətlərinə tələ quran dəstə üzvü saxlanıldı - 5 milyondan artıq ...

Rusiyanın İrkutsk şəhərinin Sverdlovsk Rayon Məhkəməsi sığorta ödənişləri almaq məqsədilə yol qəzalarını səhnələşdirən mütəşəkkil dəstənin üzvünə hökm oxunub. Məlumata görə, vətəndaş sığorta sahəsində dələduzluq etməkdə təqsirli bilinib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və cəzanı ciddi rejimli islah müəssisəsində çəkəcək.
Avtosfer.az Lent.az-a istinadla məlumatına görə, məhkəmə müəyyən edib ki, 2019-cu ildə İrkutskda Azərbaycan Respublikasından olan bir şəxs 39 nəfərdən ibarət cinayətkar qrup yaradıb və təqsirləndirilən şəxs də həmin qrupa daxil olub. Qrup üzvləri 2010-cu ilədək buraxılmış işlənmiş yapon avtomobillərini məqsədli şəkildə alıb qohum və tanışlarının adına rəsmiləşdiriblər. Belə avtomobillər üçün qəza zamanı ən yüksək sığorta ödənişi nəzərdə tutulur, eyni zamanda bərpa-təmir xərcləri aşağı göstərilirmiş. Cinayətkar qrup üzvləri pul müqabilində səhnələşdirilmiş qəzaların “təqsirkarı” qismində çıxış edəcək şəxslər də tapırmışlar.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq haqqında məhkəməyədək saziş bağlanması barədə vəsatət qaldırıb, təqsirini tam etiraf edib və istintaqa fəal şəkildə kömək göstərib. Ondan həmçinin sığorta şirkətlərinin xeyrinə 5 milyon rubldan artıq vəsait tutulub.
Qruplaşmanın rəhbəri və digər iştirakçılar barəsində cinayət işləri hazırda ibtidai istintaq mərhələsindədir və ya məhkəmədə baxılır.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










