"Söhbətə gələn" tiktokerin çənəsini qırdı – Qusarda hadisə

Qusarda 15 yaşlı şagird tiktokda canlı yayım açan kəndlisini döyüb. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 15 yaşlı Surxay Kazımov (ad və soyad şərtidir) mübahisə zamanı həmkəndlisi olan şəxsi yumruqla vuraraq yerə yıxıb. Sonra təpiklə bel və çiyin nahiyələrinə zərbələr vurub. Bu səbəblə o saxlanılıb və barəsində cinayət işi açılıb.
İttiham aktına görə, S.Kazımov kənddəki marketin yaxınlığında dostları ilə birgə olarkən tanıdığı şəxsin tiktokda canlı yayım açdığını görüb və “özünə hörmət qoy” deyə ona rəy yazıb. Bundan sonra onun yanına daha 2 nəfər gəlib. Surxay həmin şəxslərdən birinin telefonu ilə rəy yazdığı tiktokerə zəng edərək səhv başa düşməməsini bildirib. Lakin tiktoker telefonu gec açıb və Surxayın sözlərinə gülüb. Bundan əsəbiləşən Kazımov da telefonu söndürüb. Az sonra həmin şəxs "söhbəti həll etmək üçün" onların olduqları yerə gəlib. Bu zaman yaranan mübahisə zamanı Surxay yumruqla tiktokerin sifətinə yumruqla zərbə vurub. Zərbənin təsirindən zərərçəkən yer yıxılıb. Kazımov isə onun bel və çiyin nahiyələrinə təpiklə zərbələr vurub. Nəticədə zərərçəkəni çənə sümüyü sınıb və bir sıra digər xəsarətlər alıb.
S.Kazımov ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs isə təqsirləndirilən şəxslə barışmadığını deyib və onun barəsində tədbir görülməsini xahiş edib.
Quba rayon Məhkəməsinin qərarı ilə S.Kazımov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib (Lent.az).
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












