Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu - FOTO

Sosial şəbəkələrdə özünü şair-publisist kimi təqdim edib, qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Qazax şəhər sakini Ülvi Dağkəsəmənli barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2- ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məlum olub ki, sosial şəbəkələrdə və xüsusən "TikTok"da özünü şair-publisist kimi təqdim edən Ülvi Dağkəsəmənli yaşadığı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sosial mediada qeyri-etik və əxlaqsız ifadələr işlədib. Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu və buna görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş edib. Məhkəmənin hökmü ilə Ülvi Dağkəsəmənli İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 28 gün müddətə inzibati qaydada həbs olunub.

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












