“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO

Hadisə 7 Oktyabr 2026 13:06
“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
WhatsApp kanalımıza abunə olun

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

bax.tvhttps://player.bax.tv/embed/227629.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh