Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO

Qanuni parklanma yerlərində nəqliyyat vasitəsini saxlayan hər bir sürücü proqram vasitəsilə parklanma müddətini aktivləşdirməli və müəyyən edilmiş qaydada ödəniş etməlidir. Bəs nəqliyyat vasitəsi nasazlıq səbəbindən məcburi dayanma vəziyyətində qalırsa və yolun ikinci cərgəsində dayanaraq hərəkətə mane olmamaq üçün parklanma yerindən istifadə edirsə, bu halda da parklanma müddətini aktivləşdirib ödəniş etməlidirmi?
Avtosfer.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunda məcburi dayanma anlayışı ayrıca nəzərdə tutulub. Nəqliyyat vasitəsinin texniki nasazlığı və ya digər məcburi səbəbdən dayanması sürücünün iradəsindən asılı olmayan hal hesab edilir. Belə vəziyyətdə sürücü yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün nəqliyyat vasitəsini mümkün olan ən təhlükəsiz yerdə saxlamalıdır.
Bu baxımdan, nəqliyyat vasitəsi nasazlıq səbəbindən məcburi dayanma vəziyyətindədirsə və sürücü onu qanuni parklanma yerində saxlamaq məcburiyyətində qalırsa, həmin dayanma adi parklanma kimi qiymətləndirilməməli və sürücüdən parklanma haqqı tələb edilməməlidir. Çünki burada sürücü parklanma yerindən könüllü şəkildə istifadə etmir, yaranmış məcburi vəziyyət səbəbindən nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxlamağa məcbur olur.
Belə hallarda sürücünün parklanma müddətini aktivləşdirməməsinə və ödəniş etməməsinə görə məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz.
Sürücülər də belə vəziyyətdən sui-istifadə etməməlidir. Əks halda məsuliyyətə cəlb edilə bilər.
Fərid
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












