Toyda musiqiçilərlə dalaşdı, qətlə yetirildi

Sabirabadda toyda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Xəqani Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il oktyabrın 9-da Sabirabad rayonunun Qaragüney kəndindəki "Fərid" şadlıq sarayında baş verib. Kənd sakini Telxas İsrafilov toyda həddindən artıq araq içib və musiqiçilərlə mübahisə edib. Bunu görən həmkəndlisi Xəqani Muradov onu sakitləşdirib evlərinə aparmaq istəyib. Bu zaman T.İsrafilov X.Muradovu döyüb. Hadisədən qəzəblənən Xəqani Muradov yaxınlıqdakı mağazaya gedib, oradan bıçaq alaraq restorana qayıdıb və T.İsrafilova üç bıçaq zərbəsi vurub. Telxas aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












