Turist pikap oğurladı, sahibi GPS-lə onu tapdı

Taylandın Nakhon Ratçasima bölgəsində 42 yaşlı britaniyalı turist oğurladığı pikap avtomobili GPS izləmə sistemi vasitəsilə tapılıb. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, Çiçester şəhərindən olan Skott adlı şəxs daha əvvəl qaldığı istirahət obyektindən icazəsiz şəkildə avtomobili götürərək təxminən 7 kilometr uzaqlıqdakı kəndə aparıb.
Avtomobilin sahibi, 61 yaşlı Kukrit Suetrong səhər nəqliyyat vasitəsinin yerində olmadığını görərək GPS vasitəsilə izləməyə başlayıb. Avtomobildə quraşdırılmış kamera görüntülərində onun arxa nömrə nişanını çıxarmağa çalışan turisti saxladığı əks olunub.
Şübhəli hadisə yerindən uzaqlaşsa da, avtomobildə pasportunun surətini unutduğuna görə kimliyi qısa zamanda müəyyən edilib. Polis turistin hadisə zamanı sərxoş olduğunu və açarı obyektin otaqlarından birindən götürdüyünü bildirib. Pikapın yük yerində isə oğurluq olduğu ehtimal edilən motosiklet aşkarlanıb.
Tərəflər arasında razılıq əldə olunduğundan turist zərərçəkmişə təzminat ödəyib və şikayət geri götürülüb. Nəticədə cinayət işi başlanmayıb. Obyekt sahibi bildirib ki, turist əvvəllər də qonaq olduğu üçün ondan şübhələnməyib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












