Türk dilində danışdığı üçün döyülən iraqlı Ermənistandan Azərbaycana qaçdı

Ermənistan ərazisindən Azərbaycan tərəfə keçməyə cəhd göstərən 2002-ci il təvəllüdlü İraq vətəndaşı Ali Emad Attallah Badravinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, Qubadlı Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, avqust ayında 24 yaşı olacaq Badravi bir il bir ay müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmə iclasında təqsirini boynuna alan Badravi ifadəsində Ermənistandan Azərbaycana keçmək istəyinin səbəblərini açıqlayıb:
"Əslən türkmənəm. 2013-cü ildə ailəmlə Türkiyəyə köçərək orada fəhlə işlədim. Lakin maddi çətinliklər səbəbindən İraqa dönüb tikintidə çalışmalı oldum. Daha sonra qazanc məqsədilə başqa ölkəyə getməyi düşündüm. Ən sərfəli variantın Ermənistan olduğunu öyrəndim. Beləliklə, 2022-ci ildə 10 dollar viza və 50 dollar yol xərci ilə İraqdan İrana, oradan da Ermənistana yollandım. Orada fəhləlik və çobanlıq kimi müxtəlif işlərdə çalışsam da, əməkhaqqımı vermədilər. Anamla telefonda türk dilində danışdığım üçün işəgötürən mənə fiziki zorakılıq göstərdi.
Bu səbəbdən həmin ölkəni tərk etmək istədim. Lakin sərhədçilər qanunsuz yaşadığım üçün 2 000 ABŞ dolları cərimə ödəməli olduğumu dedilər. Pulum olmadığına görə İrana keçməyimə icazə verilmədi, yalnız cəriməni ödədikdən sonra ölkədən çıxa biləcəyimi bildirdilər. Mehri şəhərinə qayıtsam da, orada qalmağın təhlükəli olacağını anlayıb sərhədi qanunsuz yolla keçməyi qərara aldım. Araşdırma apardıqdan sonra Azərbaycanla sərhədin yaxınlığını bildim. Avtobusla sərhəd kəndinə gəldim və "Google map" tətbiqi vasitəsilə sərhəd xəttinə yaxınlaşdım. Üç gün meşədə gizləndikdən sonra sentyabrın 1-də piyada hərəkət edərək Azərbaycan bayrağını gördüm. Nəticədə sərhədçilər tərəfindən saxlanıldım".
Xatırladaq ki, ötən ilin 1 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına məxsus "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti sahəsində Ermənistandan Azərbaycana doğru dövlət sərhədinin pozulması əlamətləri qeydə alınıb. Mürəkkəb relyefli, dağlıq və sıx meşəlik ərazidə keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində sərhədi pozan İraq Respublikası vətəndaşı - 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi tutulub.
İran polisindən diplomatımızın ölümü ilə bağlı AÇIQLAMA - FOTO
İranda həlak olan baş konsulumuz kim idi? - DOSYE
Ər 21 yaşlı həyat yoldaşını öldürdü - Kürdəmirdə
Bakıda “Hyundai” yanıb - VİDEO
Prospektdə riskli anlar: Yeniyetmə skuterlə axına qarşı hərəkət etdi - VİDEO
Yolun ortasında təhlükə yaradan piyada hələ əli ilə… - VİDEO
Sumqayıtda avtobus qəfil tüstüləndi – Ətrafı duman bürüdü - VİDEO
“Nissan” sürücüsündən nümunəvi davranış - Son anda faciənin qarşısını aldı - VİDEO
Prospektdə təhlükə yaradan piyada maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO
Suda üzə bildiyi deyilmişdi, göldə batdı - FOTOLAR
Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur










