Ucarda suda boğulan yeniyetmənin FOTOsu

Ötən gün Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən su arxında boğulan 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti tapılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, o, bu il Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyinin 9-cu sinfini bitirib.
Onun atası Məhəmməd Hacıyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. M.Hacıyev Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının hərbçisidir. Mərhum yeniyetmə özü də hərbi liseylərə qəbul üçün sənədlərini təqdim edib. Lakin nəticələr hələlik açıqlanmayıb.
Qeyd edək ki, yeniyetmənin meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












