Vətəndaşdan torpağa görə əlavə 980 manat tələb edildi – QURUMDA ÖZBAŞINALIQ

Hadisə 15 May 2026 15:00
Vətəndaşdan torpağa görə əlavə 980 manat tələb edildi – QURUMDA ÖZBAŞINALIQ
WhatsApp kanalımıza abunə olun

Paytaxt sakinlərindən biri Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin onun əmlakı üçün tələb olunan məbləğlə bağlı narazılığını bildirib.

Yaşadığı problemlə bağlı Səbail rayon sakini Tarix Məmmədov Avtosfer.az-a şikayət edib və bildirib ki, dəfələrlə aidiyyəti üzrə şikayət etməsinə baxmayaraq, qurumlardan hansısa reaksiya görə bilməyib.

Şikayətçi Tarix Məmmədov bildirir ki, rayonun Səbail küçəsi giriş 121 ünvanında yerləşən 2,28 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında qanuni yolla əldə edib. Həmin torpaq sahəsi üzərində daha əvvəl inventarlaşdırma aparıldığına görə təkrar texniki inventarlaşdırma xidməti ilə bağlı ona 1020,00 (min iyirmi) AZN məbləğində xidmət haqqı təqdim edilmişdir. Vətəndaş qurumun ona təyin etdiyi məbləğlə razılaşmadığını və qanunvericiliklə müəyyən edilən tarifdən yuxarı olduğunu vurğulayıb. Belə ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri"nin 3-cü bəndinə əsasən, təkrar texniki inventarlaşdırma xidmət haqqı I bölmənin 1 və 2-ci bəndlərinin tarifinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,00 manatdan az olmamaqla hesablanır. Yəni, 2,28 sot torpaq üçün ödənilməli olan məbləğlə 6 sot torpaq üçün ödənilməli olan məbləğ arasında fərq kəskin olmalıdır.

Hesablama:

— 2,28 sot = 0,0228 ha (0,06 ha-dan azdır)

— Əsas tarif (bənd 2.2.1): 200,00 AZN;

— 0,2 əmsalı tətbiq edilməklə: 200,00 × 0,2 = 40,00 AZN;

— Minimum hədd (30,00 AZN) aşıldığından: 40,00 AZN;

— Qanuni xidmət haqqı: 40,00 AZN.

Tarix Məmmədov qeyd edib ki, təqdim edilən 1020,00 AZN məbləği isə qanunla müəyyən edilmiş tarifdən 980,00 AZN artıqdır və heç bir hüquqi əsası yoxdur.

Şikayətçi ona təqdim edilmiş 1020,00 AZN məbləğli xidmət haqqının qanuni əsasının yazılı şəkildə izah edilməsi, artıq yazılmış məbləğin (980,00 AZN) qanunvericiliyə uyğun olaraq ləğv olunması, bu halla bağlı məsuliyyətli şəxslər barəsində müvafiq intizam tədbirinin görülməsini tələb edir.

Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, qurumdan sorğumuza hələ də reaksiya verilməyib.

Səfər

Oxunub : 292
ŞƏRH YAZ
Ad

E-mail

Şərh