Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilk dəfə Xəyal Əli-Zadənin fotoları yayımlanıb.
.jpeg)
Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda "Mercedes-Benz"in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş şəxsin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.
Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X.Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra - bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib.
Mərhum Şilderin anası Mətanət Şilder həmişə ilahi ədalətə inandığını, haqq-ədalətin gec-tez yerini tapacağına inandığını deyib: "Əslində heç nə oğlumu geri qaytarmayacaq, amma yenə də oğlumun ölümündə əli olanların cəzalanmalarını görmək mənim arzum idi. Həmişə ölmədən bunu görmək istəmişəm".
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












